...

Bakıda Kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

İdman Materials 17 Oktyabr 2024 14:31 (UTC +04:00)
Bakıda Kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

Bakı. Trend:

Oktyabrın 26-da Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.

ACF-nin inzibati binasında keçiriləcək kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahana hazırlaşmaq üçün fəndlər cədvəli, videolar və yaş qrupları üzrə cədvəllə https://www.judo.az/Belt linkindən tanış ola bilərsiniz.

İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

Qeyd edək ki, imtahana qeydiyyat ödənişlidir və ACF-in Judo Manager platforması vasitəsilə həyata keçirilir.

İmtahanların qiymətləri:
Ağ-sarı kəmər - 30 AZN
Sarı kəmər - 30 AZN
Narıncı kəmər - 40 AZN
Yaşıl kəmər - 40 AZN
Göy kəmər - 50 AZN
Qəhvəyi kəmər - 50 AZN

Xəbər lenti

Xəbər lenti