...

Türkiyə İraq və Suriyada antiterror əməliyyatı keçirib, 45 terrorçu öldürüb

Dünya xəbərləri Materials 17 Oktyabr 2024 14:21 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri son bir həftədə İraq və Suriyanın şimal hissəsində keçirdikləri antiterror əməliyyatları nəticəsində 45 terrorçunu öldürüb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zəki Aktürk bildirib.

O vurğulayıb ki, Türkiyə 2024-cü il yanvarın 1-dən indiyədək 2 194 terrorçu zərərsizləşdirib.

“Pəncə-kilid” əməliyyatı böyük əzmlə davam edir. İndiyədək ümumilikdə 3 094 mina və PUA məhv edilib, 1256 mağara və sığınacaq yararsız vəziyyətə salınıb, 937-si ağır silah olmaqla, 2 333 müxtəlif silah və bu silahların 881 445 sursatı ələ keçirilib”, - o qeyd edib.

Müşavir deyib ki, 82 307 nəfərin Türkiyəyə qanunsuz keçidinin qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti