...

Bakının bəzi ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 17 Oktyabr 2024 20:35 (UTC +04:00)
Bakının bəzi ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər rayonunun bəzi ərazilərində qaz olmayacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması, eyni zamanda siyirtmənin quraşdırılması və Donuzkökəltmə Sovxozu ərazisində torpaq sahəsinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 18.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Təmir-bərpa işləri aparılan müddətdə Binə qəsəbəsinin Binə Sovxozu, Əli İsazadə küçəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti