Bakı. Trend:
Noyabrın 8-19-da Petrovaçda (Monteneqro) keçiriləcək şahmat üzrə Avropa çempionatının iştirakçılarının qeydiyyatı başa çatıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışda 406 idmançı mübarizə aparacaq, Yorden Van Forest isə reytinq-favoriti olacaq.
Çempionatda ölkəmizi Rauf Məmmədov, Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Əhməd Əhmədzadə, Misrəddin İskəndərov, Riad Səmədov, Namiq Quliyev, Xəzər Babazadə, Vüqar Manafov, Xaqan Əhməd, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Şiroğlan Talıbov, Orxan Abdulov, Allahverdi Həmidov, Şahin Vəliyev, Ümid Aslanov, Elcan Abdulkərimli, Orxan Bağırov və Kamran Vəlizadə təmsil edəcəklər.
Qeyd edək ki, Azərbaycanlılar arasında ən yüksək reytinqli qrossmeyster 23-cü pillədə olan Rauf Məmmədovdur.