...

Tovuzda zavoddakı yanğın söndürüldü (ƏLAVƏ EDİLİB) (VİDEO)

Cəmiyyət Materials 17 Oktyabr 2024 12:37 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Tovuz rayonu, Qovlar şəhərində zavodda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

xxx

10:57

Tovuz rayonu, Qovlar şəhərində zavodda baş vermiş yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində zavodda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

xxx

09:55

Tovuzda zavod yanır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Tovuz rayonu, Qovlar şəhərində zavodda yanğın başlayıb.

Əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbriləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər yenilənəcək

Xəbər lenti

Xəbər lenti