...

Qərb Cənubi Qafqazla bağlı ikili siyasət yürüdür - Gürcüstanda yaşayan azərbaycanlı

Cəmiyyət Materials 17 Oktyabr 2024 17:17 (UTC +04:00)
Qərb Cənubi Qafqazla bağlı ikili siyasət yürüdür - Gürcüstanda yaşayan azərbaycanlı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Şuşa. Trend:

Həm Avropa, həm də Qərb daima Cənubi Qafqazda maraqlı olublar.

Bu barədə Trend-ə açıqlamasında Gürcüstandan Şuşaya səfər edən azərbaycanlı, professor Mahmud Kamaloğlu deyib.

O qeyd edib ki, Gürcüstan Avropaya inteqrasiya etdi.

"Amma məsələ odur ki, biz oranın qanunlarına uyğunlaşa biləcəyik mi? Yox. Avropa guya sülhün beşiyidir. Xeyr, bu belə deyil. Onlar ikitərəfli siyasət yürüdürlər. Əgər biz Qərbə tam şəkildə inteqrasiya etsək, onların qanunlarına uyğunlaşa bilmərik. Gürcüstanda yaşayan azərbaycanlılar heç bir zaman öz milli mənəvi dəyərlərini qərbin oyunlarına qurban verməyəcək", – deyə o bildirib.

Qeyd edək ki, Gürcüstandan olan bir qrup azərbaycanlının işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb.

Səfərin iştirakçıları ilk olaraq Şuşa şəhərinə gəliblər. Qonaqlar şəhərin tarixi məkanlarını ziyarət edəcəklər. Onlara Şuşa haqqında geniş məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti