...

Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatında qarışıq komandalar üzrə finalçılar bəlli olub

İdman Materials 17 Oktyabr 2024 17:07 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatında qarışıq komandalar üzrə finalçılar bəlli olub.

Trend-in məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən turnirdə 10 ölkədən kişi və qadınlardan təşkil olunmuş qarışıq komandalar 3 alət üzrə mübarizə aparıblar.

58.000 xalla Danimarka yığması rəqiblərindən önə çıxıb. Böyük Britaniya 52.500, İsveç 52.100, İslandiya 51.100, Norveç 49.300, İtaliya isə 48.325 xalla həlledici mərhələdə iştirak hüququ qazanıb.

Bundan əvvəl isə qadınlardan ibarət komandalar mübarizə aparıblar. Onlar arasında İslandiya (53.250), Danimarka (51.200), Norveç (48.750), Böyük Britaniya (48.550) və Finlandiya (47.900) komandaları finala yüksəliblər.

Xəbər lenti

Xəbər lenti