...

Avropa çempionatında ilk finalçılar müəyyənləşib

İdman Materials 17 Oktyabr 2024 00:38 (UTC +04:00)
Avropa çempionatında ilk finalçılar müəyyənləşib

Bakı. Trend:

Dünən Bakıda start verilən "TeamGym" üzrə Avropa çempionatında ilk finalçılar müəyyənləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışın ilk günündə yeniyetmələr arasında təsnifat mərhələsi keçirilib.

Reqlamentə görə 5 ölkənin təmsilçiləri həlledici mərhələyə vəsiqə qazanıblar. Kişilərin mübarizəsində Danimarka, Norveç, İsveç, Böyük Britaniya və İslandiya bu hüququ əldə ediblər. Qadınlarda isə Danimarka, Norveç, Böyük Britaniya, İslandiya Finalndiya və İtaliya medallar uğrunda yarışacaq.

Qarışıq komanda yarışılarında isə İslandiya, Böyük Britaniya, Danimarka, Norveç və İsveç finala yüksəlib.

Qeyd edək ki, yeniyetmələrin mübarizəsində qaliblər oktyabrın 18-də bəlli olacaq.

Xəbər lenti

Xəbər lenti