...

“Starlink” qasırğadan zərər görən ərazilərdə internet xidmətini pulsuz edib

Gündəm Materials 16 Oktyabr 2024 11:52 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“SpaceX” ABŞ-də "Helen" və "Milton" qasırğalarının təsirinə məruz qalan ərazilərdə ilin sonuna qədər pulsuz “Starlink” peyk internet xidməti təqdim etməyə başlayıb.

Trend-in məlumatına görə, şirkət qasırğalardan zərər çəkmiş ərazilərə 10 mindən çox “Starlink” dəsti paylayıb və rabitə kəsintilərini aradan qaldırmağa çalışıb.

Qeyd edək ki, “Starlink” Amerikanın “SpaceX” peyk şirkəti tərəfindən peyk interneti təmin etmək üçün inşa edilmiş bir peyk şəbəkəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti