...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Cəmiyyət Materials 16 Oktyabr 2024 09:42 (UTC +04:00)
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, əlavə təyin edilən qatarlar oktyabrın 19-da saat 09:15-də Bakıdan Ağstafaya, oktyabrın 20-də saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti