Bakı. Trend:
Bu gün işğaldan azad edilmiş ərazilərdə bizim ilkin qiymətləndirməyə görə 1 milyon 167 min hektara yaxın təhlükəli ərazi var.
Trend xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov bildirib.
“İşğaldan azad edilmiş ərazilərdə elə bir yer yoxdur ki, orada mina olmasın. 166 min hektar ərazidə təmizlənmə aparılıb və proses hələ də davam edəcək. 166 min hektar ümumi ərazilərin 14,2 faizini təşkil edir. 4 il ərzində təmizlənmə işləri aparılıb və bu proses davam edəcək. Bundan əlavə, hər bir dövlət beynəlxalq standartlara uyğun olaraq öz sənədlərini hazırlamalıdır. Qanunun qəbul olunması zərurəti var. Yığılmış bütün təcrübələr eyni zamanda mina problemləri ilə rastlaşmış ölkələrin təcrübələrindən istifadə edilib. Bu qanun iki ildən çox bir yolu keçib”, - deyə o qeyd edib.