...

BRICS BMT-ni əvəz etmək məqsədi daşımır - Peskov

Dünya xəbərləri Materials 16 Oktyabr 2024 16:58 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

BRICS Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz etmək məqsədi daşımır.

Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“BRICS BMT-ni əvəz etməyi hədəfləyən bir birlik deyil. Əksinə, bu, dünya təşkilatını tamamlayan bir birlikdir”, - Kremlin nümayəndəsi qeyd edib.

Həmçinin, Peskov vurğulayıb ki, BRICS-in fəaliyyəti heç bir şəkildə BMT-nin universal xarakterinə zidd deyil.

O, BRICS formatının ümumi maraqların nəzərə alınmasına əsaslandığı üçün bir çox ölkələr üçün cəlbedici olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti