...

Davamlılıq və sülh hamı üçün daha parlaq gələcəyi müəyyən edən iki sütundur - Deputat

Siyasət Materials 16 Oktyabr 2024 20:08 (UTC +04:00)
Davamlılıq və sülh hamı üçün daha parlaq gələcəyi müəyyən edən iki sütundur - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinini İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirak edir.

Trend xəbər verir ki, nümayəndə heyətinin üzvü, millət vəkili Əminə Ağazadə assambleyanın plenar iclasında çıxış edib.

Çıxışında Əminə Ağazadə müasir dünyada daha dinc və davamlı gələcək üçün elm, texnologiya və innovasiyadan istifadənin əhəmiyyətini vurğulayaraq planetimizin təhlükəsizliyində insan fəaliyyəti ilə təbii mühit arasında balanslaşdırılmış əlaqənin vacibliyini qeyd edib.

Deputat çıxışında onu da qeyd edib ki, “davamlılıq və sülh hamı üçün daha parlaq gələcəyi müəyyən edən iki sütundur. Bərpa olunan enerji imkanları enerji istehsal və istehlakımızı dəyişdirir, məhdud resurslardan asılılığımızı və karbon emissiyalarını azaldır.

Azərbaycanda biz qlobal enerji təhlükəsizliyinə töhfə vermək üçün təcrübəmizdən istifadə edərək bu sahələrdə öz imkanlarımızı genişləndirməyə çalışırıq. Ancaq təkcə texnologiyaya diqqət yetirmək kifayət deyil. Yenilik inklüziv olmalıdır. Vurğulamaq istərdim ki, biz elm, texnologiya və innovasiyadan istifadədə səylərinin dünya miqyasında bərabərlik və paylaşılan rifah prinsiplərinə uyğun olmasını təmin etməyə daim hazırıq.

Bu baxımdan beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Azərbaycan elm, texnologiya və innovasiyadan istifadənin yalnız bir neçə nəfərə deyil, hər kəsə fayda verməsini təmin etmək məqsədi ilə biliklərin ötürülməsini və elmi tərəfdaşlıqları təşviq edən əməkdaşlıqla məşğuldur. Bu əməkdaşlıq ərzaq qıtlığının qarşısını alan kənd təsərrüfatı texnologiyasındakı irəliləyişlərdən tutmuş, dialoqu təşviq edən yeni kommunikasiya platformalarına qədər bütün imkanları mümükün edə bilər. Gələcəyə baxarkən biz tədqiqata sərmayə yatırmaq, təhsili dəstəkləmək və texnoloji sıçrayışlara səbəb ola biləcək dövlət-özəl tərəfdaşlığı təşviq etmək öhdəliyimizdə sadiq qalmalıyıq.

Millət vəkili qeyd edib ki, Azərbaycan gələcək nəsillər üçün davamlı, dayanıqlı və dinc dünya qurmaq üçün beynəlxalq tərəfdaşlarla birlikdə çalışaraq bu qlobal səydə öz rolunu oynamaq öhdəliyinə sadiqdir. İstədiyimiz gələcək bizim əlimizdədir. Biz STI-dən təkcə tərəqqi deyil, həm də hamı üçün bərabərlik, sabitlik və sülhü inkişaf etdirmək, daha böyük uğurlar əldə etmək üçün bir vasitə kimi istifadə etməyi öhdəmizə götürməliyik.

Xəbər lenti

Xəbər lenti