...

Bu il İİV-ə yoluxanların 55 nəfəri inyeksion narkotik istifadəçiləridir

Cəmiyyət Materials 16 Oktyabr 2024 11:23 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 335, QİÇS-lə Mübarizə Mərkəzində 391, Sumqayıt Narkoloji Mərkəzində 151 nəfər) 877 xəstə müalicə alır.

Trend xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Cari ilin sentyabr ayının sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 55 nəfəri (5,9%-i) inyeksion narkotik istifadəçiləri olub.

Cari ilin yanvar-sentyabr ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 1443 vətəndaş müraciəti daxil olub ki, onların 125-i narkotik vasitələrin dövriyyəsi, 103-ü narkotik asılılıqdan müalicə, 1215-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub.

Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 228 məktub ünvanlanıb.

Xəbər lenti

Xəbər lenti