...

Gürcüstanda oktyabr seçkilərində beynəlxalq müşahidəçilərin iştirakı çox vacibdir – İrakli Kobaxidze

Dünya xəbərləri Materials 16 Oktyabr 2024 13:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda oktyabr seçkilərində beynəlxalq müşahidəçilərin iştirakı çox vacibdir.

Trend Gürcüstan KİV-ə isitinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

"Hələ fevral ayında biz ATƏT-in\DTİHB-nin uzunmüddətli missiyasını, eləcə də, digər missiyaları dəvət etdik. Biz bu seçkilərin istənilən müşahidəsinə maksimum açığıq. Ümid edirik ki, ölkəmizdə bütün müşahidə missiyaları maksimal dərəcədə təmsil olunacaq.

Biz ədalətli, azad və rəqabətli seçkilər keçiririk, buna görə də, belə bir tip seçkilərdə nə qədər çox müşahidəçi olsa, bizim üçün o qədər yaxşıdır. Üstəlik, yerli müxalifət təşkilatlarının yalan məlumatlar üzərində qurulmuş hesabatları dərc olunur, bu da 2020-ci ildən sonra daha da kəskinləşən bir ənənəni davam etdirir; bu təşkilatlar PVT, digər məlumatları saxtalaşdırdı və eyni ruhda fəaliyyət göstərməyə davam edirlər. Yerli QHT-lərin yalan məlumat yaydığı bir mühitdə beynəlxalq müşahidə missiyalarının seçkiləri obyektiv qiymətləndirməsi xüsusilə vacibdir”, — Baş nazir bildirib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabr tarixinə təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti