Bakı. Trend:
Hamı bilir ki, Gürcüstanda bütün müxalifət, bütün müxalifət televiziyaları qara pulla işləyir, qara pulla maliyyələşir.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Hökumət başçısı qeyd edib ki, konkret siyasi qüvvələr demokratik sistemin sağlam şəkildə fəaliyyət göstərməsinə mane olur.
"Hamı bilir ki, bütün müxalifət, bütün müxalifət televiziyaları qara pulla işləyir, qara pulla maliyyələşir. Bu yeni xəbər deyil, amma mövzu ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Bütün bunlar onu göstərir ki, bu siyasi qüvvələrin siyasi həyatımızda çox mənfi rolu var. Demokratik sistemin sağlam formada fəaliyyət göstərməsinə mane olurlar, konkret televiziya və KİV-lərin yalan təbliğat alətinə çevrilməsi, bunda qara pulun da rolu xüsusidir. Müvafiq qurumlar bu işi araşdıracaqlar", – deyə İrakli Kobaxidze bildirib.