...

"Qərbi Azərbaycan mədəniyyəti” festivalının bağlanış mərasimi baş tutub (FOTO)

Cəmiyyət Materials 16 Oktyabr 2024 21:13 (UTC +04:00)
"Qərbi Azərbaycan mədəniyyəti” festivalının bağlanış mərasimi baş tutub (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Qərbi Azərbaycan İcması, “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilati dəstəyi ilə “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib.

Trend xəbər verir ki, festival 15-16 oktyabr tarixlərində baş tutub.

Festival çərçivəsində 15 oktyabr tarixində Azərbaycan Dillər Universitetində “Qərbi Azərbaycan mədəniyyətinin təbliğində gənclərin rolu” mövzusunda ictimai müzakirə keçirilib.

16 oktyabr tarixində Beynəlxalq Muğam Mərkəzində festivala təntənəli bağlanış mərasimi ilə yekun vurulub.

Tədbirdə Qərbi Azərbaycana məxsus tarixi fotolar və rəsm kompozisiyaları, həmçinin bu coğrafi əraziyə məxsus müxtəlif kulinariya nümunələri sərgilənib. Tamaşaçılara ədəbi-bədii proqram təqdim edilib.

“Qərbi Azərbaycan mədəniyyəti” festivalının keçirilməsində əsas məqsəd Qərbi Azərbaycan tarixini, mədəniyyətini, coğrafiyasını gənclərə aşılamaq, Azərbaycan həqiqətlərini düzgün və ətraflı şəkildə çatdırmaqdır.

Xəbər lenti

Xəbər lenti