Bakı. Trend:
2024-cü 9 ayı ərzində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 3,1 milyard manat xərclənib.
Trend xəbər verir ki, bu barədə 2024-cü ilin yanvar-sentyabr ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatda deyilir.
"2024-cü ilin doqquz ayı ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 64,6 faizi və ya 3 milyard 137,6 milyon manatı sifarişçi təşkilatlar tərəfindən, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 61,4 faizi və ya 1 milyard 728,9 milyon manatı istifadə olunmuşdur", - deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, 2024-cü ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri 27 milyard 737 milyon manat, xərcləri 25 milyard 174 milyon 300 min manat olub, 2 milyard 562 milyon 700 min manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.