...

Minatəmizləmə zamanı həlak olanlara şəhid statusu verilsin - TƏKLİF

Siyasət Materials 16 Oktyabr 2024 12:35 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Təklif edirəm ki, minatəmizləmə zamanı həlak olanlara şəhid statusu verilsin.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsi ilə bağlı müzakirədə bildirib.

“Vətən müharibəsindən indiyə qədər keçən dörd ildə ilk dəfə ANAMA əməkdaşı mina partlaması nəticəsində həyatını itirib. Bu hadisə Xankəndidə tələ minasının partlaması nəticəsində baş verib.

Ona görə biz ANAMA olaraq, minatəmizləmə prosesi zamanı həyatını itirən əməkdaşlarımıza şəhid statusunun verilməsini təklif edirik”.

Xəbər lenti

Xəbər lenti