...

Kolumbiyada hərbçilər 1 ton kokain olan üsyançıların narkotik laboratoriyası aşkar ediblər

Dünya xəbərləri Materials 16 Oktyabr 2024 06:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kolumbiya hərbçiləri Milli Azadlıq Ordusu (ELN) üsyançı qruplaşmasına məxsus narkotik laboratoriyasını aşkar edərək məhv ediblər.

Trend-in məlumatına görə, Kolumbiya Silahlı Qüvvələri bildirir ki, Kukuta kəndi ərazisində aparılan hərbi əməliyyat zamanı ELN-in Reynaldo Ardilla Qomez bölməsi tərəfindən istifadə edilən kokain istehsalı kompleksi aşkarlanıb və məhv edilib. Hadisə yerində 1 tondan çox kokain tapılıb.

Səlahiyyətlilər hesab edirlər ki, laboratoriya ayda 4 ton narkotik istehsal etmək potensialına malik idi və dəyəri təxminən 23 milyard peso (təxminən 5,4 milyon dollar) təşkil edir

Xəbər lenti

Xəbər lenti