...

Mübariz İbrahimovun atası vəfat edib

Hadisə Materials 16 Oktyabr 2024 14:02 (UTC +04:00)
Mübariz İbrahimovun atası vəfat edib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib.

Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki,16.10.2024-cü il tarixində saat 09:00 radələrində Ağakərim İbrahimov ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub.

Məlumata görə, ona dəqiqləşdirilməmiş hipoteniziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib. Dərhal bütün zəruri reanimasiyon tədbirlər həyata keçirilib. Göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:35-də ölüm faktı qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti