...

Müasir dini təhsil modelləri ilə bağlı elmi-praktiki konfrans keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)

Cəmiyyət Materials 16 Oktyabr 2024 13:47 (UTC +04:00)
Müasir dini təhsil modelləri ilə bağlı elmi-praktiki konfrans keçirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Oktyabrın 16-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfransı keçirilib.

Trend xəbər verir ki, ölkəmizdə dini təhsil sahəsində mövcud vəziyyətin müzakirə olunması, qarşıya çıxan problemlərin həlli ilə bağlı təkliflərin irəli sürülməsi, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil edilən konfransda dövlət orqanlarının rəhbər şəxsləri, elm adamları, ziyalılar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini Sahib Alıyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev və Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxış ediblər.

Rəsmi açılış mərasimindən sonra elmi-praktik konfrans öz işini panellərlə davam etdirib.

“Azərbaycanda dini təhsil: keçmişdən bugünə”, “Dünyəvi dövlətdə dini təhsilin aktual məsələləri”, “İslam coğrafiyasında dini təhsil: ənənə və müasir çağırışlar”, “Dini tərbiyə, dini təhsil və din tədrisi” mövzularında keçirilən panellərdə iştirakçılar tərəfindən cari mövzularla bağlı çıxışlar edilib.

Respublika elmi-praktik konfransı müzakirələrlə yekunlaşıb.

Xəbər lenti

Xəbər lenti