Bakı. Trend:
Türkiyədə qida israfının qarşısını almaq məqsədilə “all inclusive” (hər şey daxil) sistemi ilə fəaliyyət göstərən otellərin sayının azaldılması planlaşdırılır.
Trend xəbər verir ki, bu barədə Ankara Gənc İşadamları Dərnəyinin nümayəndəsi Mustafa Korkutata məlumat verib.
Onun sözlərinə görə, bir turist hər gün təxminən 220-400 qram qidanı israf edir: “Bu cür otellərdə qida tullantılarının illik dəyəri 1,5 milyard dolları keçə bilər. Buna görə də, “hər şey daxil” sistemi ilə işləyən otellərin sayının azaldılması nəzərdə tutulur.”
Türkiyə hakimiyyəti bu otellərdə israfçılığın qarşısını almaq üçün yeni tədbirlər planı hazırlamaq niyyətindədir.
Kənd Təsərrüfatı və Meşə Nazirliyi ölkədə hər il 18 milyon tondan çox qida israfının qarşısını almaq məqsədilə xüsusi araşdırmalara başlayıb.