...

Ağstafa-Bakı və Qəbələ-Bakı qatarlarının qrafiki müvəqqəti dəyişdirilib - ADY

Cəmiyyət Materials 16 Oktyabr 2024 14:54 (UTC +04:00)
Ağstafa-Bakı və Qəbələ-Bakı qatarlarının qrafiki müvəqqəti dəyişdirilib - ADY
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qobustan-Səngəçal sahəsində yerləşən dəmir yolu körpülərində aparılan əsaslı təmir işləri səbəbindən Ağstafa-Bakı və Qəbələ-Bakı qatarları müvəqqəti olaraq dəyişdirilmiş qrafik üzrə hərəkət edəcək.

Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, 17 oktyabrdan etibarən Ağstafadan Bakıya saat 8:20 və 16:40-da yola düşən qatarların Bakı Dəmiryol Vağzalına çatma saatları 13:27 və 21:47 əvəzinə müvəqqəti olaraq saat 13:36 və 21:56-ya dəyişdirilir.

Eyni zamanda, Qəbələdən Bakı istiqamətində saat 19:00-da hərəkətə başlayan qatarların Bakı Dəmiryol Vağzalına çatma vaxtı saat 22:20 əvəzinə saat 22:31-ə təyin edilir.

Təmir işləri yekunlaşdıqdan sonra qatarlar əvvəlki qrafiklə xidmət göstərməyə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti