Bakı. Trend:
Fərqli kampaniyalarla avtomobil sahiblərinə hər zaman unikal
təkliflər təqdim edən PAŞA Sığorta bu dəfə hər kəs üçün öz yaşının
yarısı qədər endirim kampaniyası elan edir. Kampaniya şərtlərinə
əsasən, 11 oktyabr - 11 noyabr tarixləri arasında PAŞA Sığortaya
müraciət edərək Tam KASKO sığortası əldə etmək istəyən fərdi
şəxslər öz yaşının yarısı qədər endirim əldə edəcək. Avtomobil
sahibinin doğum gününün kampaniya müddətində olması vacib deyil.
Doğum gününün hansı tarixdə olmasından asılı olmayaraq bütün
avtomobil sahibləri bu kampaniyadan faydalana bilər.
Kampaniyadan yararlanmaq, həmçinin kampaniya barədə ətraflı məlumat
üçün *7000 - Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya
https://cutt.ly/AeAdEQjn
keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı,
avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri,
əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və
avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA
Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/)
səhifəsinə göndərərək KASKO sığortası üçün müraciət edə
bilərsiniz.
Kampaniya haqqında ətraflı məlumat üçün keçid: https://cutt.ly/PeSgIe5s
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.