Bakı. Trend:
"İdman Bizdə"nin növbəti buraxılışı yayımlanıb. Verilişin budəfəki qonağı Azərbaycan millisinin boksçusu Sərxan Əliyev (71 kq) olub.
Trend xəbər verir ki, Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turnirdə qızıl medal qazanan dünya çempionatının mükafatçısı yığmamızın yarışdakı çıxışını dəyərləndirib.
Hazırda fiziki hazırlığının yaxşı səviyyədə olduğunu vurğulayan boksçu gələcək hədəflərini də açıqlayıb.
Qonağımız bildirib ki, Olimpiadaya getmədən həvəskar boksla vidalaşmayacaq.
Müsahibənin videovariantını təqdim edirik: