...

“Bellator” döyüşçüsü 39 yaşında vəfat edib

İdman Materials 16 Oktyabr 2024 15:54 (UTC +04:00)

Bakı. Trend:

Keçmiş Bellator döyüşçüsü, braziliyalı Gilerme Vaskonselos 39 yaşında vəfat edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə “MMA Fighting” məlumat yayıb.

Veteran döyüşçünün ölümün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Vaskonselos peşəkar rinqdə 16 görüşdən 10-da qələbə qazanıb, 6-da məğlub olub. O, karyerasına 2010-cu ildə başlayıb, 2019-cu ildə başa vurub.

Xəbər lenti

Xəbər lenti