...

Varşavada qol şousu, İspaniyadan böyükhesablı qələbə

İdman Materials 16 Oktyabr 2024 00:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Millətlər Liqasında IV tura yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, son oyun günündə dörd qrupda 8 matç baş tutub.

Qarşılaşmalardan dördü A, dördü C liqasında keçirilib. Portuqaliya Şotlandiya ilə səfər matçında heç-heçəyə razı olub. Oyun 0:0 hesabı ilə yekunlaşıb. Qrupun digər matçında da bərabərlik qeydə alınıb. Amma Polşa – Xorvatiya görüşündə komandalar hərəyə 3 dəfə fərqləniblər.

İspaniya Serbiyanı qəbul edib. Oyun Avropa çempionlarının qələbəsi ilə yekunlaşıb. İspanlar rəqibin qapısından 3 cavabsız top keçiriblər.

Qeyd edək ki, IV turun digər matçları oktyabrın 13-14-də keçirilib.

Millətlər Liqası
IV tur, 15 oktyabr

A liqası, I qrup
22:45. Polşa – Xorvatiya - 3:3
22:45. Şotlandiya – Portuqaliya - 0:0

A liqası, IV qrup
22:45. İspaniya – Serbiya - 3:0
22:45. İsveçrə - Danimarka - 2:2

C liqası, II qrup
22:45. Kosovo - Kipr - 3:1
22:45. Litva – Rumıniya - 1:2

C liqası, III qrup
22:45. Belarus – Lüksemburq - 1:1
22:45. Şimali İrlandiya – Bolqarıstan - 5:0

Xəbər lenti

Xəbər lenti