Bakı. Trend:
ABŞ prezidenti Co Baydenin bu həftə Berlində Böyük Britaniya, Fransa və Almaniya liderləri ilə görüşəcəyi gözlənilir.
Trend-in verdiyi məlumata görə, CNN bu barədə çərşənbə axşamı xəbər yayıb. Almaniya Nazirlər Kabinetinin sözçüsü Volfqanq Büxner Baydenin həftə sonunda Almaniyaya səfər edəcəyini təsdiqləyib.
Oktyabrın 4-də Büxner bildirib ki, ABŞ prezidentinin Almaniya prezidenti Frank-Valter Ştaynmayer və kansler Olaf Şolzla danışıqlar aparması planlaşdırılır.
Bununla yanaşı, “The Guardian” xəbər verir ki, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya liderlərinin dördtərəfli görüşünün bu həftə baş tutması ehtimalı azdır.