Bakı. Trend:
Duman səbəbindən İstanbul boğazında iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, səhər saatlarında İstanbul boğazında və İstanbulun Beykoz, Çekmeköy, Sancaktepe, Sultanbeyli, Kağıthane, Üsküdar, Ümraniye, Beşiktaş və Sarıyer rayonlarında sıx duman müşahidə edilib.
Nəqliyyat və İnfrastruktur Nazirliyi duman səbəbindən İstanbul Boğazında gəmilərin hərəkətinin müvəqqəti olaraq iki istiqamətdə dayandırıldığını bildirib.