Bakı. Trend:
Oktyabrın 15-də paytaxtın Nizami rayonu ərazisində yerləşən kafelərin birindən 6200 manat dəyərində oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Z.Xalidoğlu müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.