Bakı. Trend:
Ermənilər ərazilərimizdə o qədər mina basdırıb ki, heç onun xəritəsi də yoxdur.
Trend xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
O qeyd edib ki, axırıncı dəfə Ağdamın kəndlərindən çıxanda hər yerə mina basdırıblar.
“Bunu namərdcəsinə ediblər. Elə minalar var ki, heç onu minaaxtaranlar da tapa bilmir", - deyə deputat bildirib.