Bakı. Trend:
Oktyabrın 16-sı səhər saatlarında Bakı-Quba Rusiya Federasiyası sərhədi avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in əldə etdiyi məlumata görə, avto-qəza zamanı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xaçmaz Peşə Liseyinin beş əməkdaşının adları və vəziyyəti məlum olub:
Yaqubova Şölə Əlizadə qızı (1989-cu il təvəllüd). Diaqnoz: Almacıq sümüyü və əngin sınığı”. Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyyə olunub.
Elmira Kərimova Tahir qızı (1988-ci il). Diaqnoz: QKBT, Döş qəfəsinin küt travması, Başın təpə nahiyyəsinin kəsilmiş yarası. Cərrahi müdaxilə olunub, hal-hazırda Siyəzən RMX-da stasionar müalicədədir.
Kərimov İlqar İsrafil oğlu (1966-cı il). Diaqnoz:Sol əlin IV daraq sümüyünün travmatik çıxığı, əllərin sıyrılmış yaraları, sol bazu oynağının əzilməsi”. Hal-hazırda Acil şöbəsində tibbi yardım göstərilir.
Yaqubov Çingiz Ramiz oğlu (1988-ci il). Diaqnoz: Sol üz nahiyyəsinin sıyrılmış yarası, yüngül dərəcəli xəsarət aldığından müalicədən imtina edib.
Rüstəmov Rəşad Nizami oğlu (2000-ci il). Diaqnoz: “Sağ əlin V daraq sümüyünün sınığı”. Müalicədən imtina edib.
Eyni zamanda TƏBİB-dən Trend-ə bildirilib ki, Bakı-Quba Rusiya Federasiyası sərhədi avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət almış 4 nəfər (3-ü kişi, 1-i qadın olmaqla) müxtəlif travmalarla Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
1966-cı il təvəllüdlü şəxsə (kişi cinsli) sol əlin IV daraq sümüyünün travmatik çıxığı, əllərin sıyrılmış yaraları, sol bazu oynağının əzilməsi diaqnozu ilə xəstəxanaın Təcili yardım şöbəsində tibbi yardım göstərilir.
Digər şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
XXX
11:26
Oktyabrın 16-sı səhər saatlarında Bakı-Quba Rusiya Federasiyası sərhədi avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin qəzaya uğraması nəticəsində Xaçmaz Peşə Liseyinin beş əməkdaşı yaralanıb.
Hadisə zamanı xəsarət alan yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.