...

6-cı qrant müsabiqəsi barədə sualları olan KOB subyektlərinin nəzərinə!

Cəmiyyət Materials 16 Oktyabr 2024 16:16 (UTC +04:00)
6-cı qrant müsabiqəsi barədə sualları olan KOB subyektlərinin nəzərinə!

Bakı. Trend:

Qrant müsabiqəsi barədə KOB subyektlərinin məlumatlandırılması və suallarının cavablandırılması üçün onlayn tədbir keçiriləcək.

Oktyabrın 18-də, saat 11:00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş 6-cı qrant müsabiqəsinə dair onlayn formatda məlumatlandırıcı tədbir keçiriləcək.

Tədbirin təşkilində məqsəd 6-cı qrant müsabiqəsinin şərtləri, lazım olan sənədlər, müsabiqəyə müraciət qaydası, layihələrin qiymətləndirilməsi prosesi və müsabiqə barədə KOB subyektlərini maraqlandıran digər sualların cavablandırılması və onları məlumatlandırmaqdır.

KOB subyektləri aşağıdakı linkə daxil olmaqla vebinarda iştirak edə bilərlər:

https://us06web.zoom.us/j/83023136086?pwd=69mcPDjXDYTLZFbHtjPNmBYg4QGQzv.1

Meeting ID: 830 2313 6086

Passcode: 792794

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar onların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsinə dair KOBİA tərəfindən elan edilmiş müsabiqəyə sənəd qəbulu 23 oktyabr 2024-cü il saat 18:00-dək davam edəcək. Müsabiqəyə sənəd qəbulu elektron formada ([email protected]) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət formasında həyata keçirilir. Qrant müsabiqəsində hər bir layihə üzrə maliyyələşdirilmə məbləği 20 min manata qədərdir. Müsabiqə ilə bağlı ətraflı məlumat üçün: https://bit.ly/40pm5y3

Məqalədə:
Xəbər lenti

Xəbər lenti