Bakı. Trend:
ABŞ prezidenti Co Bayden Ukraynaya 425 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.
Trend xəbər verir ki, bu haqda Ağ Evdən verilən açıqlamada bildirilir.
Bu paketə əlavə hava hücumundan müdafiə vasitələri, yer-hava tipli raketlər, zirehli texnikalar və Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün lazım olan kritik hərbi sursatlar daxildir.