Bakı. Trend:
Gələn il ehtiyata və ya istefaya buraxılmış hərbçilərə mənzil kirayəsi ilə bağlı proqnozlaşdırılan xərclər açıqlanıb.
Trend xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ehtiyata və ya istefaya buraxılmış hərbçilərə mənzil kirayəsi ilə bağlı xərclərə 15 milyon 45 min 899 manat ayrılması proqnozlaşdırılır.