...

Rusiyada qanunsuz miqrasiyanın təşkilinə görə məsuliyyətin gücləndirilməsi ilə bağlı bir sıra qanun layihələri qəbul edilib

Dünya xəbərləri Materials 16 Oktyabr 2024 16:23 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiyası Dövlət Dumasının deputatları qeyri-qanuni miqrasiyanın təşkilinə qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsi və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı Rusiya Federasiyasının Cinayət və Cinayət Prosessual Məcəllələrinə dəyişiklikləri birinci oxunuşda qəbul ediblər.

Trend xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasında bu gün müzakirəyə çıxarılan qanun layihəsində bildirilib.

“Qanun layihələrindən birində, ölkədə qanunsuz şəkildə olan şəxs (qanunsuz miqrant) tərəfindən törətdiyi cinayətin cəzanı ağırlaşdıran hal kimi tanınması nəzərdə tutulur.

İkinci qanun layihəsi, qeyri-qanuni miqrasiyanın təşkilini, xüsusən də bu fəaliyyətin mütəşəkkil qrup tərəfindən və ya ağır cinayətlər törətmək məqsədilə həyata keçirilməsini ağır cinayətlər kateqoriyasına daxil etməyi təklif edir. Bu cinayətə görə 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə, 3 milyon rubldan 5 milyon rubla qədər cərimə və 10 il müddətinə müəyyən vəzifələr tutmaq hüququndan məhrum etmə cəzası nəzərdə tutulur”, - məlumatda bildirib.

Eyni zamanda, saxta sənədlərin hazırlanması, dövriyyəsi habelə xarici vətəndaşların saxta qeydiyyatı və ya uçota alınması ilə bağlı cinayətlərə görə məsuliyyətin artırılması təklif edilir. Bu cinayətlər üçün 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

O, miqrasiya siyasətinin təkmilləşdirilməsinə yönəlmiş bütün təşəbbüslər paketinin bu ilin dekabr ayına qədər prioritet qaydada nəzərdən keçiriləcəyini vurğulayıb.

Qeyd edək ki, Rusiya Dövlət Duması miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi üzərində işini davam etdirir. İlin əvvəlindən etibarən deputatlar bu sahədə artıq 7 qanun qəbul ediblər. Dünən isə miqrantların Rusiya Federasiyasında qalmaq üçün istifadə etdikləri saxta və ya məqsədli nikahlar və uşaqların övladlığa götürülməsi ilə mübarizəyə yönəlmiş qanun layihəsi qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti