...

ABŞ İsrailə ultimatum verdi

Dünya xəbərləri Materials 16 Oktyabr 2024 02:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Əgər Qəzza zolağındakı humanitar böhran noyabrın ortalarına qədər həll olunmasa, ABŞ İsrailə silah tədarükünü dayandıra bilər."

Trend xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı ABŞ rəsmilərinin məktubuna istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ABŞ İsrailə aydın mesaj göndərib:

"Qəzza zolağındakı humanitar böhran bir ay ərzində həll edilməlidir. Əks halda, silah embarqosu tətbiq edilə bilər."

ABŞ administrasiyasının Fələstində humanitar vəziyyətin pisləşməsindən narahat olduğu, Vaşinqtonun vəziyyəti dəyişdirmək üçün təcili addımlar atılmasını tələb etdiyi bildirilib.

Xəbər lenti

Xəbər lenti