...

Azərbaycanın ehtiyat fondlarından ayrılan vəsaitin həcmi açıqlandı

Maliyyə Materials 16 Oktyabr 2024 13:37 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın ehtiyat fondlarından 123,8 milyon manat ayrılıb.

Trend Azərbaycan Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 41,5 milyon manat vəsaitin 31,3 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilib.

Qeyd olunub ki, açılmış maliyyələşmənin 75,4 faizi müvafiq qurumlar tərəfindən icra edilib, o cümlədən, Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsinə, dini qurumlara maliyyə yardımının göstərilməsinə, Bakı şəhərində “Dini Liderlərin Qlobal Sammiti”nin təşkilinə və digər tədbirlərin icrasına sərf olunub.

Həmçinin, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən, dövlət büdcəsinin ehtiyat fondundan 82,3 milyon manat vəsait ayrılıb, həmin vəsaitin 58,6 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilib.

Açılmış maliyyələşmənin 71,2 faizi müvafiq qurumlar tərəfindən icra edilib, o cümlədən, 2025-ci ilin 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək "Osaka, Kansai Ekspo 2025" Ümumdünya Sərgisində Azərbaycan Respublikasının təmsil olunması ilə bağlı milli pavilyonun qurulması tədbirlərinə, Bərdə, Goranboy və Masallı şəhərlərində yaşayış binalarının tikintisinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin yekunlaşdırılmasına, tibbi avadanlıq və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınmasına, mühüm strateji obyektlərin etibarlı elektrik enerjisi ilə təmin olunmasına və digər tədbirlərin icrasına yönəldilib.

Xəbər lenti

Xəbər lenti