...

Bosniya və Herseqovina vətəndaşları gələn ildən Kosovoya şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcəklər

Dünya xəbərləri Materials 16 Oktyabr 2024 01:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kosovo, 2025-ci il yanvarın 1-dən etibarən Bosniya və Herseqovina vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə ölkəyə sərbəst daxil olmalarına imkan verəcək. Bu qərar birtərəfli qaydada qəbul edilib.

Trend xəbər verir ki, bu barədə Kosovo Baş naziri Albin Kurti Berlində keçirilən “Berlin Prosesi” Sammitində çıxışı zamanı məlumat verib.

“Kosovo gələn ildən Bosniya və Herseqovina vətəndaşları üçün viza rejimini ləğv edəcək və onlar ölkəyə şəxsiyyəti təsdiq edən sənədlə daxil ola biləcəklər,” – deyə Baş nazir qeyd edib.

Xatırladaq ki, 2008-ci ildən bəri Kosovo vətəndaşları Bosniya və Herseqovinaya viza ilə səfər edir, Kosovo isə 2014-cü ildən Bosniya və Herseqovina vətəndaşları üçün viza rejimi tətbiq edib.

Almaniyanın rəhbərlik etdiyi “Berlin Prosesi” təşəbbüsü Qərbi Balkan regionunun 6 ölkəsi – Bosniya və Herseqovina, Serbiya, Monteneqro, Albaniya, Şimali Makedoniya və Kosovo arasında regional əməkdaşlığı asanlaşdırmağı hədəfləyir.

Xəbər lenti

Xəbər lenti