...

İsrail Qəzzadakı razılaşmanın əldə olunmasına əngəl törədir - Qətər

Dünya xəbərləri Materials 16 Oktyabr 2024 03:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsrail rəhbərliyinin mövqeyi Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı sazişin bağlanmasına maneə yaradır.

Trend xəbər verir ki, bu barədə Qətərin Baş naziri və Xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani açıqlama verib.

“Qətər münaqişə başladığı andan bəri vasitəçi rolunu oynayır və bu, artıq bir ildən çoxdur ki, davam edir. Ancaq təəssüf ki, razılaşma hər iki tərəfin razılığını tələb edir və tərəflərdən biri buna mane olur. Biz vasitəçi olaraq nə qədər səy göstərsək də, nəticə dəyişmir. Əngəllərin nə olduğunu bilirsiniz. Xüsusən də son zamanlar İsrail tərəfi danışıqlara maneə yaradır”, - deyə Baş nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti