...

"Apple" yeni "iPad Mini"ni təqdim edib

Dünya xəbərləri Materials 15 Oktyabr 2024 23:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Apple" korporasiyası "A17 Pro" prosessoru və "Apple Intelligence" süni intellekt texnologiyası ilə təchiz edilmiş yenilənmiş "iPad Mini" modelini təqdim edib.

Bu barədə şirkət məlumat yayıb, Trend xəbər verir.

Məlumatda qeyd olunur ki, yeni cihaz 8,3 düyümlük "Liquid Retina" ekranına malikdir. Təkrar emal olunmuş materiallardan hazırlanmış cihaz, 12 meqapiksellik geniş bucaqlı arxa kamera və "Wi-Fi 6E" texnologiyasını dəstəkləyir.

Yeni model dörd rəngdə təqdim olunacaq və başlanğıc qiyməti 499 dollar olaraq müəyyən edilib. Artıq 29 ölkədə ilkin sifarişlər qəbul olunur.

Xəbər lenti

Xəbər lenti