...

ABŞ-də qırıcı təyyarə təlim uçuşu zamanı qəzaya uğradı

Dünya xəbərləri Materials 16 Oktyabr 2024 17:45 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələrinin “EA-18G Growler” qırıcısı Vaşinqton ştatında təlim uçuşu zamanı qəza keçirib.

Trend “The Seattle Times”-a isitinadən xəbər verir ki, qırıcı, “Reyniyer” vulkanının yaxınlığında düşüb.

Məlumatda baş vermiş qəza nəticəsində 2 nəfərin itkin düşdüyü və qəza yerinə “MH-60S” helikopteri ilə axtarış qrupunun göndərildiyi bildirilir.

Qeyd edək ki, “F/A-18 Super Hornet”-in modifikasiyası olan “EA-18G Growler” radioelektron mübarizə qırıcısının qiyməti 67 milyon dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti