...

Avropa Kuboku: "Sabah" növbəti oyununu keçirib

İdman Materials 16 Oktyabr 2024 21:56 (UTC +04:00)

Bakı. Trend:

Kişi basketbolçulardan ibarət “Sabah” klubu bu gün növbəti avrokubok matçına çıxıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Rimas Kurtinaytisin yetirmərləri G qrupunda II turda “Marussi” ilə qarşılaşıb.

Qrupda ilk ev görüşümüz məğlubiyyətlə başa çatıb. Oyuna yaxşı başlayan "Sabah" birinci periodu üstün bitirib. Sonradan daha yaxşı oynayan qonaq komanda hesabda önə keçib. Yekunda yunanlar 82:70 hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, "Sabah" ilk oyunda "Spirou"ya uduzub.

Avropa kuboku
II tur, G qrupu
16 oktyabr
19:00. “Sabah” (Azərbaycan) – “Marussi” (Yunanıstan) - 70:82 (27:25, 13:16, 13:21, 17:20)
Hakimlər:
Marius Çiulin (Rumıniya), Kirile Tvauri (Gürcüstan) və Vlad-Teodor Kotrobas-Daskalu (Rumıniya)
Bakı İdman Sarayı

Xəbər lenti

Xəbər lenti