...

Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektorundan gəlirlərinin həcmi artıb

Maliyyə Materials 16 Oktyabr 2024 13:35 (UTC +04:00)
Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektorundan gəlirlərinin həcmi artıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinə qeyri-neft-qaz sektorundan daxilolmalar 14,53 milyard manat təşkil edib ki, bu da proqnozdan 1,6 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 10,7 faiz çoxdur.

Trend Azərbaycan Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu dövrdə qeyri-neft-qaz sektorunun büdcə daxilolmalarında payı 52,4 faiz təşkil edib.

2024-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 57,9 faizini və ya 8 miyard 409 milyon manatını vergi və dövlət rüsumları üzrə daxilolmalar, 33,9 faizini və ya 4 milyon 931 milyon manatını gömrük rüsumları və idxala görə vergi daxilolmaları, 2,9 faizini və ya 419,7 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaları, 1,7 faizini və ya 250 milyon manatını Mərkəzi Bankın mənfəətindən daxilolmalar, 0,2 faizini və ya 28,3 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, 3,4 faizini və ya 491,6 milyon manatını sair daxilolmalar təşkil edir.

Qeyd edək ki, 2024-cü ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri 27 milyard 737 milyon manat, xərcləri 25 milyard 174 milyon 300 min manat olub, 2 milyard 562 milyon 700 min manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Xəbər lenti

Xəbər lenti