Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev , yerli
hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Xuray kəndində
antiterror əməliyyatı zamanı şəhid olan Elvin Qayıbovun ailəsini
ziyarət edib, qayğıları ilə maraqlanıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ordumuzun
qələbəsindən söhbət açıb, şəhid ailələrinə və qazilərə göstərilən
dövlət qayğısından danışıb. Bildirib ki, bizlərə qalibiyyət sevinci
yaşatmış şəhidlərimizin əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq və
onların qəhrəmanlıq mirası gələcək nəsillər üçün nümunə olacaq.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya
görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.
Qeyd edək ki, Elvin Qayıbov Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü
dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.