...

Şahmat üzrə Avropa çempionatının mükafat fondu müəyyənləşib

İdman Materials 16 Oktyabr 2024 13:51 (UTC +04:00)

Bakı. Trend:

Avropa Şahmat İttifaqı kişilər arasında qitə çempionatının mükafat fondunu açıqlayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, fond 100 min avro təşkil edib.

Onun 20 mini avrosunu yarışın qalibi alacaq. Gümüş mükafatçı 15 min, bürünc mükafatçı isə 7 min avroluq çekə sahib çıxacaq.
İlk 23 yer mükafatlandırılacaq. 19-23-cü yerləri tutan iştirakçılar min avro qazanacaqlar.

Qeyd edək ki, Avropa çempionatı (AÇ) noyabrın 7-dən 20-dək Petrovaçda (Çerqoriya) keçiriləcək və dünya çempionatının seçmə mərhələsi olacaq.

Xəbər lenti

Xəbər lenti