...

Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektorundan gəlirlərinin həcmi açıqlandı

Maliyyə Materials 16 Oktyabr 2024 12:47 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin doqquz ayı ərzində dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 13 milyard 206 milyon 500 min manat təşkil edib.

Trend xəbər verir ki, bu proqnozla müqayisədə 176,1 milyon manat və ya 1,3 faiz az, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 milyard 260 milyon 300 min manat və ya 47,6 faiz çoxdur.

Azərbaycanın Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ilin doqquz ayında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 27,4 faizi və ya 3 milyard 620 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 72,6 faizi və ya 9 milyard 585 milyon 700 min manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşüb.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft-qaz gəlirlərinin 47,8 faizi və 1 milyard 729 milyon 700 min manatı Şahdəniz yatağı üzrə mənfəət vergiləri üzrə daxilolmalar, 36,8 faizi və ya 1 milyard 333 milyon min manatı Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər, 15,4 faizi və ya 558,0 milyon manatı “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergiləri üzrə daxilolmalar təşkil edir.

Qeyd edək ki, 2024-cü ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri 27 milyard 737 milyon manat, xərcləri 25 milyard 174 milyon 300 min manat olub, 2 milyard 562 milyon 700 min manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Xəbər lenti

Xəbər lenti