...

Rusiyada miqrant kvotasını təsdiqləyib

Dünya xəbərləri Materials 16 Oktyabr 2024 08:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya hökuməti 2025-ci ildə 10,595 miqranta müvəqqəti yaşamaq üçün icazə verməyi planlaşdırır.

Trend-in TASS-a istinadən məlumatına görə, Moskvada və Moskva ətrafında 1,350 miqrantın, Sankt-Peterburqda isə 200 miqrantın yaşamasına icazə veriləcək.

Bundan əlavə, Tatarıstan və Başqırdıstan respublikalarında bu kvota hər biri üçün 100 nəfərlə məhdudlaşdırılıb.

Son beş ildə Rusiya miqrant kvotasını tədricən azaldıb. Məsələn, 2023-cü ildə 13,500, 2022-ci ildə təxminən 19,000, 2021-ci ildə isə 39,000-dən çox miqranta icazə verilmişdi.

Xəbər lenti

Xəbər lenti