...

Ermənistan transsərhəd bölgələrdə Espo konvensiyasının tələblərini ciddi şəkildə pozmağa davam edir - Amin Məmmədov

Cəmiyyət Materials 16 Oktyabr 2024 16:55 (UTC +04:00)
Ermənistan transsərhəd bölgələrdə Espo konvensiyasının tələblərini ciddi şəkildə pozmağa davam edir - Amin Məmmədov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan transsərhəd bölgələrdə Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsini tələb edən Espo konvensiyasının tələblərini ciddi şəkildə pozmağa davam edir. Bununla əlaqədar Azərbaycanın istər müvafiq dövlət qurumları, istərsə də vətəndaş cəmiyyəti tərəfindən dəfələrlə etirazlar ifadə edilib.

Trend xəbər verir ki, bu barədə “Environmental protection first" Koalisiyasının həmtəsisçisi Amin Məmmədov Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərlənməsi barədə brifinqdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bununla əlaqədar Azərbaycanın istər müvafiq dövlət qurumları, istərsə də vətəndaş cəmiyyəti tərəfindən dəfələrlə etirazlar ifadə edilib.

“Ermənistan ərazisində 20-dən çox nöqtədə Azərbaycanla həmsərhəd bölgələrə yaxın ərazilərdə Ermənistan tərəfindən müxtəlif əlvan və qara metallar hasil edən sənaye müəssisələrinin peyk görüntüləri əsasında hesabat hazırlanıb, Azərbaycanda akreditasiya olunan diplomatik nümayəndələr və media ilə birgə ictimaiyyətə hesabatı açıqlandı.

Bizim koalisiyanın tələbi ondan ibarətdir ki, Ermənistan mədən sənayesi keçirdiyi ərazilərə istər neytral ölkədən olan, istərsə də Azərbaycandan olan mütəxəssisələri buraxmalıdır, onlar orada monitorinq keçirməlidir”,- deyə A.Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti